Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 703107
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Metro8 Noyabr
Sahə65 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı1 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Təcili satilir İnqilab qəsəbəsində, Həsən Əliyev küçəsində mənzil satılır Bakının prestijli ərazilərindən biri olan İnqilab qəsəbəsində, Həsən Əliyev küçəsində yerləşən Kiyev layihəli 9 mərtəbəli binanın 2-ci mərtəbəsində (2/9) yerləşən, qanuni 1 otaqdan 2 otağa düzəldilmiş, super təmirli mənzil satışa çıxarılıb. Layihə üzrə sahə 65 kv.m, faktiki istifadə sahəsi 45 kv.m-dir. Binanın 1-ci mərtəbəsi tamamilə qeyri-yaşayış sahələrindən (obyektlərdən) ibarətdir, bu səbəbdən mənzil faktiki olaraq daha yüksək mərtəbə üstünlüyünə malikdir. Mənzilin üstünlükləri: Kiyev layihəsi; Qanuni 1 otaqlı, 2 otağa ideal şəkildə düzəldilib; Orta blokdur, künc mənzil deyil; Skvaznoy (yelçəkən) layihəlidir; Keyfiyyətli materiallar və xüsusi dizaynla təmir olunub; Kombi istilik sistemi quraşdırılıb; Qaz, işıq və su daimidir; Binaya yeni lift quraşdırılıb; Qarşısında geniş park yerləşir; Ətrafında müxtəlif ticarət obyektləri, marketlər və avtobus dayanacaqları mövcuddur. Sənədlər: Çıxarış (Kupça) var; İpotekaya yararlıdır; Mənzilin heç bir borcu yoxdur; Qeydiyyatda heç kim yoxdur; Mənzilin açarı alqı-satqı günü yeni sahibinə təhvil veriləcək. Mənzil yüksək zövqlə və keyfiyyətli materiallarla təmir olunub. Təmirin keyfiyyətini və dizaynını yerində görən alıcılar bunu dərhal qiymətləndirəcəklər. Real alıcılar əlaqə saxlaya bilərlər. Şirkət haqqi 1%