Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 702160
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə110 m2
Mərtəbə11 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
PARK AKADEMİYA DA PANORAMALI PREMIUM MƏNZİL SATILIR!! . Elmlər Akademiyası metrosunun əsas girişinin düz qarşısında yerləşən kompleks yüksək yaşayış standartları, ideal yerləşməsi və premium xidmətləri ilə seçilir. Ümumi sahəsi 110 kv.m olan mənzil funksional və rahat layihəyə malikdir. Mənzil geniş qonaq otağı, 2 yataq otağı, ayrıca mətbəx, geniş holl, 2 sanitar qovşağı və 3 balkondan ibarətdir. Skvoznoy layihə sayəsində gün ərzində mənzil bol gün işığı alır və ideal hava dövranı təmin edilir. Mənzilin pəncərələrindən dənizə və şəhərə açılan gözəl panoramik mənzərə mövcuddur. . Park Akademiya Kompleksi müasir və komfortlu yaşayış üçün bütün imkanları təqdim edir. Binada mərkəzi isitmə və soyutma sistemi, 24 saat fəaliyyət göstərən resepsiyon xidməti, peşəkar mühafizə və videomüşahidə sistemi mövcuddur. Sakinlərin rahatlığı üçün geniş və abadlaşdırılmış həyət, uşaqlar üçün oyun meydançası, istirahət zonaları və 3 mərtəbəli yeraltı avtodayanacaq istifadəyə verilib. . Kompleksin ilk 5 mərtəbəsi müasir biznes mərkəzi kimi fəaliyyət göstərir ki, bu da əraziyə əlavə prestij qazandırır. Şəhərin istənilən nöqtəsinə rahat çıxış imkanı mövcuddur. Bu mənzil yüksək komfort, təhlükəsizlik və prestijli həyat tərzi axtaranlar üçün ideal seçim olmaqla yanaşı, gələcəkdə dəyər artımı və yüksək kirayə gəliri baxımından da əla investisiya fürsətidir. . Real alıcı ilə qiymətdə razılaşma mümkündür. . Ətraflı məlumat və baxış üçün zəng və ya WhatsApp. Xidmət haqqı 1%