Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
04.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 701633
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
MetroKoroğlu
Sahə310 m2
Mərtəbə2 mərtəbə
Binanın mərtəbə sayı2 mərtəbə
Otaq sayı9 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xəzər rayonu, Buzovna qəsəbəsinin mərkəzinə çox yaxın, prestijli və sakit ərazidə yerləşən dəniz panoramalı möhtəşəm həyət evi təcili olaraq satışa çıxarılıb. 11 sot torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli evin ümumi sahəsi 310 kv.m təşkil edir və 9 otaqdan ibarətdir.
Evin 2-ci mərtəbəsində 2 yataq otağı və 1 geniş qonaq otağı yerləşir. Bu mərtəbədən dənizə tam panoramik mənzərə açılır. 1-ci mərtəbədə isə müxtəlif təyinatlı 6 otaq mövcuddur. Ev geniş ailənin rahat yaşayışı üçün əlverişli olmaqla yanaşı, istəyə uyğun olaraq bölünüb iki ailə üçün də istifadə edilə bilər. Həyətin iki ayrı giriş-çıxışı mövcuddur.
Ərazi sakitliyi, təmiz havası və əlverişli yerləşməsi ilə seçilir. Həyət tametlə səliqəli şəkildə döşənib, ev kombi istilik sistemi ilə təchiz olunub. Sənədləri tam qaydasındadır, paket kupçası mövcuddur.
Nəzərə almaq lazımdır ki, bu ərazidə torpağın 1 sotu 35.000 AZN-dən başlayır. Bu hesabla təkcə torpaq sahəsinin dəyəri təxminən 385.000 AZN edir. Buna baxmayaraq, təcili satış səbəbindən ev bütünlüklə bazar qiymətindən xeyli aşağı qiymətə təklif olunur. Həm yaşayış, həm də investisiya məqsədilə olduqca sərfəli seçimdir.