Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 695542
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə195 m2
Mərtəbə24 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
XƏTAİ METROSU YAXINLIĞINDA ELİT BİNADA DƏNİZ MƏNZƏRƏLİ MƏNZİL SATILIR Xətai metrosunun yanında, Bakı Əyləncə Mərkəzinin qarşısında və Sevgililər parkına bir neçə addımlıq məsafədə yerləşən elit yaşayış binasında tam təmirli mənzil satışa təqdim olunur. Mənzil 24 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir və ümumi sahəsi 192 kv.m təşkil edir. 4 otaqdan ibarət olan mənzil geniş və işıqlı salonu, ayrıca mətbəxi və 2 sanitar qovşağı ilə rahat ailə həyatı üçün ideal seçimdir. Mənzildən dənizə və parka açılan birbaşa və daimi panorama mövcuddur ki, bu da mənzilə xüsusi üstünlük qazandırır. Mənzil keyfiyyətli və bahalı materiallarla təmir olunub, daim yaşayış olub və çox səliqəli vəziyyətdə saxlanılıb. Bütün sənədləri qaydasındadır, çıxarışı (kupçası) mövcuddur və ipoteka ilə əldə olunması mümkündür. Binada sürətli liftlər, 24 saat mühafizə xidməti və yeraltı avtodayanacaq mövcuddur. Yerləşdiyi ərazi şəhərin ən prestijli və rahat yaşayış məkanlarından biri hesab olunur. Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Real alıcı ilə qiymət məsələsində razılıq əldə etmək mümkündür. Xidmət haqqı 1% təşkil edir.