Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 695290
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə60 m2
Otaq sayı3 otaq
KreditKreditsiz
Əsas yol kənarı, 3 otaq studio, obyekt üçün ideal sahə, sahibindən Öz mülkümdür, Bakının ən hündür və havası təmiz yerlərindən olan Hökməli qəsəbəsində, möhtəşəm şəhər mənzərəsi olan fərdi həyət evi satılır. Ev həm yaşayış, həm də gələcəkdə biznes qurmaq üçün çox strateji yerdədir.Torpaq sahəsi 2.1 sotdur. Ev 9x7 metr ölçüdə tikilib, 5 daş kürsülüdür və tam super təmirlidir. Tikildiyi gündən bəri yaşayış olmayıb. Tikinti prosesinin hər bir mərhələsinin şəkilləri mövcuddur, keyfiyyətə tam zəmanət verilir. İŞIQ və QAZ sayğacları quraşdırılıb, sürətli internet və daimi su quyusu hazırdır. Həyətdə bar verən müxtəlif meyvə ağacları var.Ev əsas yolun tam kənarında yerləşir. Giriş qapısının yanında yola baxan 7m x 10m ölçülü bağ sahəsi gələcəkdə ticarət obyekti, mağaza, aptek və ya gözəllik salonu tikmək üçün tam idealdır. Yol hərəkətlidir, gediş-gəliş çoxdur.156 nömrəli avtobus düz həyət qapısının qarşısından keçir. Nəqliyyat problemi yoxdur. Yaxınlıqda məktəb, hazırlıq kursları, uşaq bağçası və Megastore və Araz supermarketi yerləşir. Ərazidəki digər evlərdə olduğu kimi sənədi bələdiyyə sənədidir, rəsmi qeydiyyata düşüb. Alan adam notariat kontorunda və bələdiyyədə birbaşa öz adına qanuni sənədləşdirəcək. Real alıcı ilə evə baxdıqdan sonra qiymətdə ağlabatan bazarlıq etmək olar. Maraqlanan şəxslər əlaqə saxlaya bilər.