Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 695060
Haqqında məlumat
Tikili tipiVilla
Sahə220 m2
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ev Mərdəkan prospektindən 500 metr məsafədə yerləşir. Ətrafında böyük marketlər, məktəb və digər iaşə obyektləri mövcuddur. Kupçası və texniki pasportu var. 6,2 sot içərisində 220 kv ev, 24 kv yay qış besetkası (istilik sistemi istipol), yardımçı otaq və çöl sanuzeli tikilmişdir. Ev 5 otaq və 3 sanuzeldən ibarətdir. Evin tikintisində çox keyfiyyətli materiallardan istifadə olunmuş, qaba tikintisi 9 ballıq zəlzələyə uyğun inşa olunmuşdur ( 40/60 təməl, tikinti normalarına uyğun kolonlar, yer və tavan monolit beton, beton 350-400 marka). İstilik sistemi bütün döşəmə istipol və radiatorlardan ibarətdir. Qazanxana sistemi yığılmışdır. İçməli suyu, qazı, işığı və digər komunalniləri daimidir. Həyətində 10 kub yeraltı içməli su deposu var. Yağış sularının həyətdən çıxışı üçün ayrıca depo və drenaj sistemi çəkilmişdir. Təhlükəsizlik üçün 7 ədəd kamera quraşdırılmışdır. Ev şəxsi öz evimdir. Xəritədə dəqiq ünvan göstərilib. Qiymətə bütün mebellər, elektronik əşyalar daxildir. Qiymətdə razılaşma olacaq.