Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 694558
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə61 m2
Mərtəbə13 mərtəbə
Binanın mərtəbə sayı15 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Kristal Abşeron 2 yaşayış kompleksində yerləşən qanuni 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 15 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. Yelçəkən layihəyə malik olan mənzilin həm ön, həm də arxa hissəyə baxan iki eyvanı var. Eyvanlardan biri birbaşa Heydər Əliyev prospektinə açılan gözəl şəhər mənzərəsinə malikdir. Mənzil yüksək keyfiyyətlə təmir olunub və yaşayış üçün tam hazır vəziyyətdədir. Kompleksin ətrafında marketlər, məktəblər, apteklər, restoranlar və digər zəruri iaşə obyektləri fəaliyyət göstərir. Xırdalan sürət qatarı stansiyası binanın yaxınlığında yerləşir. Xırdalan dairəsinə isə təxminən 10 dəqiqəlik məsafədədir. Yol kənarında yerləşdiyi üçün avtobus, taksi və digər nəqliyyat vasitələrinə rahat çıxış imkanı mövcuddur. Mənzildən soyuducu, paltaryuyan maşın və televizor götürüləcək. Qalan bütün əşyalar mənzildə qalacaq. Qonaq otağı və mətbəxdə quraşdırılmış 2 ədəd kondisioner də yeni sahibə təhvil veriləcək. Real alıcı ilə qiymətdə cüzi endirim nəzərdə tutulur. Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz.