Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 692389
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroAvtovağzal
Sahə100 m2
Mərtəbə5 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
İpotekaya tam yararlı mənzil satışa təqdim olunur! "Kristal Abşeron Biləcəri" yaşayış kompleksində yerləşən 3 otaqlı, tam təmirli və əşyalı mənzil yeni sahibini gözləyir. Ümumi sahəsi 100 m² olan mənzilin təmiri yüksək keyfiyyətlə həyata keçirilib. Döşəmədə keyfiyyətli Tarkett parket, divarlarda isə İtaliya istehsalı olan zövqlü divar kağızlarından istifadə olunub. Mənzil yelçəkəndir (skvoznoy) və iki eyvana malikdir ki, bu da daim təmiz hava axınını təmin edir. Hamam və sanitar qovşağı ayrıdır. Hamamda müasir duş kabini quraşdırılıb. Kombi sistemi və hamam aksesuarları ECA markasına məxsusdur. Binanın fasadı daş yunu ilə izolyasiya olunduğundan qış aylarında istilik itkisi minimuma enir, yayda isə kondisioner istifadəsinə daha az ehtiyac yaranır. Bu da enerji sərfiyyatına əhəmiyyətli qənaət etməyə imkan verir. Kompleksdə 24/7 mühafizə xidməti, yüksək səviyyədə təmizlik, fasiləsiz su və elektrik təchizatı (generator sistemi) mövcuddur. Yeraltı qarajla yanaşı, sakinlər üçün geniş və ödənişsiz açıq avtodayanacaq da istifadəyə verilib. Ərazi şam ağacları ilə əhatə olunub, sakit və rahat yaşayış mühiti təqdim edir. Binanın həyətində "Araz" market fəaliyyət göstərir. Yaxınlıqda məktəb və uşaq bağçası yerləşir. "Avtovağzal" metrosuna cəmi bir neçə dəqiqəlik məsafədə olması mənzilin üstünlüklərindən biridir. Kompleksdən şəhərin müxtəlif istiqamətlərinə ictimai nəqliyyat vasitələri işləyir. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür. Xidmət haqqı: 1%