Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
01.06.2026
Baxışların sayı: 0Elan nömrəsi: 692310
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroƏhmədli
Sahə64 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mənzil H.Aslanov metrosunun 1-ci çıxışında 3 dəq ayaqla məsafədə Şəfalı MTK-dan şəxsi evimi satıram. Ev metro çıxışında Təcili Yardımla üzbəüz Bazar Store-un üstündə yerləşən ağ rəngli Kompleksdir. Xəritədə tam ünvanı işarələmişəm. Çıxarışlı və TAM ƏŞYALI + İPOTEKAYA YARARLI yeni tikilidə mənzilimi satıram! Bina ətrafında - Məktəb (3 dəq ayaqla məsafədə) - Bağca (5 dəq ayaqla məsafədə) - Avtobus danacağı (2 dəq ayaqla məsafədə) - Metro (3 dəq məsafədə ) yerləşir. Özünüz Google Map ilə xəritədən məsafələrə baxa bilərsiniz. - Bazar Store böyük (bina tam altında) , Bravo Hipermarket (5 dəq ayaqla məsafədə) -OMID (bina tam altında) - Aptek, KFC, Banklar, İaşə obyektlərinə (3 dəq ayaqla məsafədə) - ASAN Xidmətə 6 saylı (5 dəq ayaqla məsafədə) Bina 2 müasir kameralı və kartlı liftlərdən ( böyük yük lifti və sərnişin lifti) təşkil olunub. Binanın mühafizə xidməti var. Kompleksin altında avtomobil üçün parking (icarəsi) mümkündür. Binada Damafon sistemidə var. Rəsmi 1 otaq (çıxarışda 1 otaq qeyd olunub) amma mən profesional qaydada hər otağa işıq düşəcək və hava ala biləcək şəkildə 2 otağa planlamışam. Mətbəx ayrı otaqdır, yəni studio tipində deyil otaqlar! 2018-ci ildə şəxsi istifadə üçün keyfiyyətli materiallardan təmir etmişəm. Yəni kirayə məqsədi və ya tez satılması üçün başdan sovdu təmir olmayıb! - Yeri parket deyil, həqiqi keyfiyyətli taxta pol edilib. Aboylar keyfiyyətli və qopmayan qalın aboylardır. - Evdə bütün əşyalar Elektronika, Mətbəx mebeli, TV, Paltaryuyan, Yataq seti (taxt), Taxt matrası 2 nəfərlik, Yataq Mebeli, Uşaq kravatı və s. hər şey qalacaq. Alıb həmin gün dərhal yaşamaq mümkündür. - Kombi sistemi ilə ev təchiz olunub. 7/24 problemsiz işləyir və balkonda qışda soyuqdan qoruması üçün xüsusi PVC rəfinin içinə yığılıb. - İnternet xətti və Ailə TV modeli ilə İP TV çəkilib. - Elektrik xətti qalın kabellərdən çəkilinb. Evin içində tavanda gizli rəngli işıqlarda var. - Bina damafon sistemi var və işləkdir. - Mərtəbələr hər gün səhər MTK tərəfindən silinib təmizlənir. - Qaz, Su, İşıq və İnternet 7/24 təchiz olunub. (Qaz cızma olduğu halda belə extra təhlükəsizlik siqnal sistemi quraşdırılıb) Hətta kirayə vermək üçün tam idealdır! Evə YALNIZ YERİNDƏ baxıldıqdan sonra real və düzgün adamla qiymətdə razılaşmaq mümkün olacaq. Ev şəxsi mülkiyyətçidən alındığı üçün alıcı tərəfindən heç bir komisya ödənməyəcək. Sadəcə evin pulu. Çox xahiş edirəm boş bekar və özlərindən evə qiymət təyin edən maklerlər qətiyyən zəng etməsin! Evin şəkilləri burdadır və kimə lazımdırsa bina.az-dan linki göndərsin. Qısaca heç kimə komisiya verilməyəcək. Birdə xahişim ``2 həftəyə evimi satıb, bu evi alıram`` kimi xəyali fikirləri olan adamlar zəng etməsin !!! Telefona zəng çatmasa, WhatsApp ilə əlaqə saxlaya bilərsiniz.