Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
30.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 688179
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə500 m2
Otaq sayı8 otaq
SənədÇıxarışlı
KreditKreditlə
8 Noyabr Prospektidə Ağ Şəhər istiqamətində (Port Baku rezidensiyasına maşınla 5-6 dəqiqəlik məsafədə) yerləşən Həzi Aslanov qəsəbəsində 8 otaqdan və əlavə mansardan ibarət çox kefiyyətlə tikilmiş villa satılır. Tikili tam beton monolitdir, binanın həm xarici həm də daxili divarları qoşa kubik,16 beton sütün (40 cm lik) və bütün mərtəbələr arası beton döşəmə ilə təmin edilmişdir. Villanın daxilində olan bütün divarların mala işləri tamamlanmışdır. Binanın fasadı tam olaraq hər tərəfdən çox keyfiyyətli ağlayla üzlənmişdir. Keyviyyətli pencərə və darvazalarla təmin edilmișdir. Villa tam olaraq İcra hakimiyyətinin təsdiqlədiyi sərəncam, binaının layihə smetası ilə , kupçalı torpaqda çox keyfiyyətlə (satmaq üçün deyil şəxsi istifadə üçün) inşa edilib. Tikiliyə təsdiqlənmiş texniki şərt əsasında 3 fazalı elektrik (rəsmi qeydiyyat olunmuş sayğacla) və su (rəsmi qeydiyyat və sayğacla) çəkilib, qaz xətti düz darvazanın üzərində təmirdən sonra qaz xəttinə qoşulamaq üçün hazır vəziyyətdədir. Evin layihəsinə 2 avtomobillik qaraj da daxildir. Yolumuz tam asfaltdır. Bulvara, Alov Qüllələrinə və şəhərin amfiteatrına çox gözəl mənərəsi var. Ev tam olaraq təmirə hazırdır. 500 kv metr tikilidən əlavə 1 sot həyəti də vardır. Şəhərin məkəzinə 5 dəqiqə məsafə. Yüksək infrastruktur, Ağ şəhərə və yeni Ağ Şəhər Mall-a yaxın, yeni bulvar xətti də artıq biz tərəfə çatmaqdadır. Bu qədər müsbət tərəfləri olan şəxsi istifadə üçün tikilmiş keyfiyyətli variant çox azdır. Qiymət 425 000 manat.