Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 682839
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə100 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
KUPÇALI VƏ İPOTEKAYA TAM YARARLI!!! . Yeni Günəşli qəsəbəsinin V massivində yerləşən əlverişli mövqedə, köhnə tikili binada geniş və komfortlu mənzil satışa təqdim olunur. Mənzil qanuni 4 otaqdan ibarətdir. Orta blokda yerləşən mənzil yelçəkən olub, gün işığını bol şəkildə qəbul edir və daim işıqlı, havadar mühit yaradır. Cənuba baxdığı üçün rütubət problemi yoxdur və şəhərə açılan panoramik mənzərəsi ilə seçilir – bulvar və Alov Qüllələri aydın şəkildə görünür. Mənzil keyfiyyətli təmirə malikdir, döşəməsi parketdir, mətbəxdə isti döşəmə sistemi quraşdırılıb. Kombi istilik sistemi mövcuddur. Qaz, su və elektrik fasiləsiz təmin olunur. Lift yenilənmişdir. Satış zamanı əşyaların bir hissəsi mənzildə qalacaq. Binanın yerləşdiyi ərazi olduqca əlverişlidir – abad və səliqəli həyətə malikdir. Yaxınlıqda məktəb, uşaq bağçası, supermarketlər, avtobus dayanacağı və digər bütün zəruri iaşə obyektləri mövcuddur. . Qeyd: Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.