Beyləqan / Torpaq
23.05.2026
Elan nömrəsi: 674391
tap.az Mülkiyyətçi
25.000 AZN Satılır
Beyləqan. Beyləqan Beyləqan r.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.05.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 674391
Haqqında məlumat
Obyektin növü Torpaq sahəsi
Torpaq sahəsi 214 sot
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Beyləqan rayonu, Mil qəsəbəsi ərazisində, ümumi sahəsi 2.14 Hektar (1.04 HA və 1.10 HA bitkişik) olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təcili satılır. Torpaq şəxsi mülkiyyətdir, Çıxarışı (Kupçası) tam qaydasındadır və satışa tam hazırdır. Sahə düzbucaqlı formaya malikdir, bu da gələcəkdə hər növ kənd təsərrüfatı texnikasının rahat işləməsinə və suvarma sistemlərinin maneəsiz qurulmasına imkan verir. ​Sahə sadəcə boş torpaq deyil, hazır və gəlirli bir investisiya obyektidir. Cəmi 3 ay əvvəl yüksək keyfiyyətli toxumla yeni yonca əkilib. Yonca tamamilə tutub, sağlam və baxımlıdır. Alıcı gələcək 4-5 il ərzində şum, toxum, malalama və əkin xərclərindən tam azad olaraq, birbaşa yüksək tonajlı məhsul yığımına və gəlir götürməyə başlaya bilər. ​Torpağın infrastruktur göstəriciləri idealdır. Sahənin həm yuxarı, həm də aşağı hissəsindən daimi su kanalı keçir, buna görə də suvarma ilə bağlı heç bir çətinlik yoxdur. Lap yaxınlığında elektrik xətti və dirəyi mövcuddur ki, bu da gələcəkdə subartezian quyusunun qazılması, elektrik nasoslarının quraşdırılması və ya müasir çiləmə/damlama sistemlərinin qurulması üçün böyük xərcə qənaət deməkdir. Asfalt yola və yaşayış məntəqəsinə yaxın məsafədə yerləşir, yük maşınlarının və texnikanın gediş-gəlişi üçün çox rahat yolu var. İnfrastrukturu hazır olan bu torpaq real dəyərini axtaran investorlar və fermerlər üçün əla fürsətdir. Real və ciddi alıcı ilə sahəyə yerində baxdıqdan sonra qiymətdə cüzi razılaşma ola bilər.
Zəng et
Bənzər elanlar