Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Sahə
60 m2
Otaq sayı
3 otaq
Sənəd
Çıxarışlı
Kredit
Kreditlə
3 otaqlı, çıxarışlı (kupçalı), texpasportu olan evimi satıram. Ev Zabrat 1 qəsəbəsinin mərkəzində, Nəsibə Zeynalova (Oktyabr) küçəsində yerləşir. Zabrat 1 sürət qatarı stansiyasına (ayaqla 7 dəqiqə), diaqnostika mərkəzinə, Ayxan marketə (ayaqla 2 dəqiqə), Koroğluya, Bakıxanova, Qarayevə, 8-ci km bazarına gedən çoxlu marşrutların (198, 118A, 148, 139, 163, 172, 173, 217,131, 107, 185, 186) astanovkasına, 307 nömrəli məktəbə (8 dəqiqə piyada) çox yaxındır. Evin qarşısından 198 marşrut keçir Koroğluya. Evə yaxınında 3 dükan var. Evin kladovkası (saxlanc yeri) da var. Otaqların altının havalandırması var, evin altı daima quru olur. İşığı, qazı, suyu, interneti var. Su fasiləsizdir. Su çəni, mərkəzi kanalizasiyası, trapı, bir maşın yerləşən həyəti var. 2021 və 2022-də əsaslı tikinti və təmir işləri aparmışam. Ev yoldan hündürdə yerləşir, yol mailidi, su dayanmır. Zabratın subasma olmayan ərazisindədir. Real alıcıya qiymətdə az endirim olacaq.