Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
23.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 671999
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə205 m2
Torpaq sahəsi5 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Müasir üslubda inşa edilmiş, lüks və yeni təmirdən çıxmış bağ evi-villa satışa təqdim olunur. Əmlak tam çıxarışlıdır və həm evin, həm də torpağın kupçası mövcuddur. 5 sot torpaq sahəsində yerləşən villa ümumilikdə 205 kv.m sahəni əhatə edir. Villa geniş hovuz, terras-eyvan, söhbətgah və yay mətbəxi ilə təchiz olunub. Həyətdə sitrus meyvə ağacları əkilib. Pultla idarə olunan darvaza, 2 sanitar qovşağı (biri evdə, biri həyətdə), kanalizasiya sistemi, şambo, yeraltı su anbarı və həyətin işıqlandırılması mövcuddur. Evdə daimi qaz, su və işıq təminatı var. Əlavə olaraq isti döşəmə sistemi, kombi, kondisioner, kamera nəzarət sistemi və domofon quraşdırılıb. Həyətdə bir neçə avtomobil saxlamaq mümkündür, həmçinin darvazanın qarşısında geniş parklanma sahəsi mövcuddur. Təmir işləri yeni tamamlanıb və təmirdən sonra yaşayış olmayıb. Fotolarda görünən bütün aksesuarlar, mətbəx mebeli, pərdələr və digər əşyalar yenidir və evlə birlikdə təqdim olunur. Evin daxili sahəsi 160 kv.m, terras hissəsi 20 kv.m, söhbətgah isə 25 kv.m-dir. Əmlak birbaşa sahibindən satılır, vasitəçi deyil. Ünvan: Fatmayı, Rabitə Bağları. Dərnəgül santralının yaxınlığından keçən yeni Sea Breeze yolu ilə təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Müdafiə Nazirliyinin sanatoriyasının qarşısında, 108A nömrəli BakuBus dayanacağından 50 metr aralıda yerləşən villa dənizə təxminən 1 km məsafədədir. Əraziyə gedən yol tam asfaltdır.