Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 671601
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə83 m2
Torpaq sahəsi2 sot
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Masazır qəsəbəsində, Babək küçəsi 11 ünvanında yerləşən sahəsi 83 kv.m olan 3 otaqlı, paket kupçalı və ipotekaya yararlı əşyalı həyət evi satışa çıxarılıb. Evin həyəti 2 sotdur. Mənzildə 2 yataq otağı, 1 geniş zal, rahat mətbəx və sanitar qovşaq mövcuddur. Mətbəxin altında sərin zirzəmi yerləşir. Evə bitişik əlavə əl damı da var. Sanitar qovşağın girişi həyətdəndir, hamam isə evin daxilində yerləşir və istəyə uyğun dəyişiklik etmək mümkündür. Evin yerləşdiyi küçə geniş və sakitdir, avtomobil hərəkəti azdır. Ərazi daşqın riskindən uzaq məhəllədə yerləşir. Həyətdə meyvə ağacları, üzüm çardağı, iki maşınlıq giriş və əlavə olaraq bünövrəsi qoyulmuş tikili mövcuddur ki, gələcəkdə istifadəyə yararlı ola bilər. Evdə 2 ədəd kondisioner və kombi sistemi quraşdırılıb. İsti su ayrıca aparat vasitəsilə təmin olunur. Mənzil bir çox mebel və əşyalarla birlikdə satılır, yəni əlavə xərc çəkmədən birbaşa köçüb yaşamaq mümkündür. Qaz, su və işıq daimidir. Yaxınlıqda müxtəlif iaşə və xidmət obyektləri fəaliyyət göstərir. Satış qiyməti 110000 manatdır. Real alıcı üçün endirim nəzərdə tutulur.