Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 670411
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə450 m2
Torpaq sahəsi7.6 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mehdiabad qəsəbəsində, tam mərkəzdə və əsas yoldan cəmi 150 metr məsafədə yerləşən 2 mərtəbəli, paket kupçalı həyət evi satışa çıxarılıb. Ev 7.6 sot torpaq sahəsində inşa olunub və ümumi tikili sahəsi 450 kv.m-dir. Ərazi infrastrukturu baxımından olduqca əlverişlidir. Yaxınlığında 3 uşaq bağçası, orta məktəblər, poliklinika, klinika, apteklər, iri marketlər, restoranlar, şadlıq sarayları, müxtəlif iaşə obyektləri və avtobus dayanacaqları yerləşir. Ev şəxsi yaşayış üçün tikildiyindən yüksək keyfiyyətli və möhkəm materiallardan istifadə olunub. Tikili tam monolit beton konstruksiyaya malikdir. Mənzil ümumilikdə 6 otaq, 3 sanitar qovşağı, 2 hamam, geniş mətbəx, əl damı və kiçik zirzəmidən ibarətdir. Kommunal xətlər daimidir — qaz, su, işıq və kombi sistemi mövcuddur. Həyətdə geniş çardaq, kababxana, əlavə tikilmiş istirahət otağı, ayrıca hamam və sanitar qovşağı, terras-eyvan, yaşıllıq sahəsi və müxtəlif meyvə ağacları var. Ev əşyalı şəkildə də satıla bilər. Əşyalı satış qiyməti ayrıca razılaşma əsasında müəyyən ediləcək. Qeyd: Şəhərin mikrorayon ərazilərində və uyğun digər yerlərdə yerləşən mənzillə barter də mümkündür. Üstündə əlavə ödəniş etmək şərti ilə dəyişdirilə bilər.