Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 668659
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə62 m2
Mərtəbə4 mərtəbə
Binanın mərtəbə sayı18 mərtəbə
Otaq sayı2 otaq
SənədDigər
KreditKreditsiz
AAAF Parkın 28 saylı küçəsində yerləşən, tam təmirli 2 otaqlı mənzil satışa təqdim olunur. Mənzil 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir və sahəsi 62 kv.m-dir. Ev özüm üçün keyfiyyətli və bahalı materiallarla təmir olunub. Təmir zamanı hər bir detala xüsusi diqqət yetirilib. Elektrik xətlərindən tutmuş divarların hamarlığına və isti döşəmə avadanlıqlarına qədər bütün işlər yüksək səviyyədə görülüb. İşıq və su daimidir, sayğaclar quraşdırılıb. Qaz xətti çəkilib və sayğaclar da quraşdırılıb. Dəhliz, hamam və mətbəx isti döşəmə ilə təchiz olunub. Mətbəx hissəsi layihəyə əsasən şüşə panel ilə ayrılmalı idi, lakin satış nəzərdə tutulduğu üçün bu iş tamamlanmayıb. Yeni alıcı öz zövqünə uyğun şəkildə tamamlaya bilər. Ev səliqəli və tam hazır vəziyyətdədir, əlavə böyük xərc tələb etmir. Təxminən 2000 AZN dəyərində mətbəx mebeli və 1000 AZN dəyərində kondisioner evdə qalacaq. Real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.