Abşeron / Fatmayı / Torpaq
21.05.2026
Elan nömrəsi: 667754
emlak.az Mülkiyyətçi
57.000 AZN Satılır
Bakı. Abşeron Fatmayı Töhfə Şadlıq Sarayının arxa hissəsi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(099) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
21.05.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 667754
Haqqında məlumat
Obyektin növü Torpaq sahəsi
Torpaq sahəsi 5 sot
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Diqqətlə oxuyun, sonra zəng edin! 5 sot torpaq almaqla faktiki olaraq 8 sot istifadəyə sahib olacaqsınız! Fatmayıda, Töhfə Şadlıq Sarayının arxa hissəsindəki təpədə, bölgənin ən prestijli və bahalı yerlərindən birində torpaq sahəsi satılır. Ərazi Sea Breeze istiqamətinə çəkilən yeni yolun yaxınlığında yerləşir. Ətraf tam villalardır və küçədə daimi su, işıq, qaz və internet mövcuddur. Bu küçədə artıq satılıq torpaq demək olar ki, qalmayıb! Ərazinin mənzərəsi həqiqətən fərqlidir. Torpaq təpənin üst hissəsində yerləşdiyi üçün qarşısı tam açıqdır — göl və təpə mənzərəsi birbaşa görünür. Havası olduqca təmiz, sakit və huzurludur. Həm yaşayış, həm bağ evi, həm də uzunmüddətli yatırım üçün ideal seçimdir. Burada A-frame və ya günlük kirayəlik ev tikilsə, mənzərə və atmosferinə görə daim müştəri tapacaq potensiala malikdir. Sənəddə torpaq sahəsi 5 sot göstərilib. Amma torpağın ön hissəsində dövlətə məxsus göl ərazisi yerləşir və həmin hissə heç vaxt satılmır və tikinti üçün istifadə edilmir. Ərazidə yaşayan bütün qonşular illərdir həmin hissədən əlavə bağ sahəsi kimi istifadə edirlər — ağac əkiblər, istirahət zonası yaradıblar və təsərrüfat saxlayırlar. Fotolarda qırmızı oxlarla göstərilib. Ərazinin ən böyük üstünlüklərindən biri də dövlət proqramında nəzərdə tutulan Bilgəh–Novxanı–Xırdalan yol layihəsinə yaxın yerləşməsidir. Yeni magistral istifadəyə verildikdən sonra şəhərə çıxış xeyli rahatlaşacaq və bölgənin dəyəri ciddi şəkildə artacaq. Hazırda həmin istiqamətdə torpaq alan şəxslər məhz gələcək qiymət artımını nəzərə alaraq yatırım edirlər. Yol tam istifadəyə verildikdən sonra bu ərazidə torpaq qiymətlərinin minimum iki dəfə artacağı gözlənilir. Torpağın çıxarışı var. Fərdi yaşayış evi tikmək təyinatlıdır. Video mövcuddur, istəyən şəxslərə göndərilə bilər. Qiymət: 57 000 AZN Real alıcı ilə razılaşmaq olar. Vasitəçilər NARAHAT ETMƏSİNLƏR! Əlaqə: 099 835 00 30 Mümkündürsə WhatsApp üzərindən yazın, çox vaxt zəngləri cavablaya bilmirəm.
Zəng et
Bənzər elanlar