Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Metro
Koroğlu
Sahə
130 m2
Otaq sayı
4 otaq
Kredit
Kreditsiz
Sea Breeze yaxınlığında ideal bağ evi satışda! 2021-ci ildə öz ailəm üçün keyfiyyətlə tikilmiş bu bağ evi sakit və tam yaşayışlı ərazidə yerləşir. 295 nömrəli məktəbə yaxın, Sea Breeze əsas girişindən cəmi 4,5 km, əsas yola məsafə – 300 metrdir. Ev haqqında: 2 yataq otağı, qonaq otağı, geniş studio-mətbəx, çamaşırxana, 2 sanitar qovşağı, böyük veranda (iki tərəfdən pilləkənlə), Kombi istilik sistemi, Sanitar qovşaqlarda isti döşəmə, hər otaqda ayrıca kondisioner. Ev monolit tikilib və əlavə sütunlar qoyulub ki, gələcəkdə rahatlıqla 2-ci mərtəbə tikmək mümkün olsun. Həyətdə: Meyvə ağacları, Şam ağacları, Dekorativ bitkilər və yaşıllıq, 80 metr dərinlikdə olan artezian quyusu (içməli su), İntex basseyn üçün ayrıca betonlanmış sahə, Nəzarətçi evi, Kladovka, Mühafizə siqnalizasiya sistemi, 5 tonluq su çəni (üstü örtülü). Həyətin dizayn edilmiş hissələrinə beton əsas üzərində tamet döşənib. Bütün kommunal xətlər daimidir: qaz, su, işıq, internet. Ev ilboyu yaşamaq üçün tam yararlıdır və əşyalı satılır (bəzi əşyalar istisna olmaqla). Xahiş olunur, yalnız real və ciddi alıcılar əlaqə saxlasın. Qiymət yalnız və yalnız evə baxışdan sonra müzakirə olunacaq.