Qəbələ / Torpaq
19.05.2026
Elan nömrəsi: 663470
tap.az Mülkiyyətçi
285.000 AZN Satılır
Qəbələ. Qəbələ Qəbələ ş.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.05.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 663470
Haqqında məlumat
Obyektin növü Torpaq sahəsi
Torpaq sahəsi 79 sot
Kredit Kreditsiz
Qəbələ rayonu, Həzrə kəndində şəxsi mülküm olan 79 sot torpaq sahəsi satışa çıxarmışam. Torpaq Bakı-Qəbələ magistralından 2,5 km aralıda, asfalt kənd yolundan 120 metr içəridə yerləşir və möhtəşəm dağ mənzərəsi ilə seçilir. Bakıdan Qəbələyə gələn zaman, Vəndam qəsəbəsindən əvvəlki kənddir. Həzrə kəndi məşhur Həzrə Pirləri abidələr kompleksi ilə tanınır. Torpaq sahəsi içərisində 100-dən çox fındıq, gilas, əncir, şaftalı, alma, armud və digər meyvə ağacları var. Eyni zamanda, iki mərtəbəli möhkəm tikili ev də var. Evin ikinci mərtəbəsi tam hazırdır, birinci mərtəbəsi isə suvaqlanıb, tam təmir olunmayıb. Hər mərtəbə 110 kvadratdır. Ev qarşısında dəmir konstruksiyalı, möhkəm naves də var, uzunluğu 21 metr, eni isə 6 metrdir. Navesin bir tərəfində əlavə otaq, hamam və sanuzel də mövcuddur. Torpaq turizm və bağçılıq üçün ideal yerdir, həm də gəlir gətirən kirayə ev məqsədilə istifadə oluna bilər. Bütün kommunal xidmətlər mövcuddur, sadəcə qaz hələ çəkilməyib, lakin bu il və ya gələn il çəkilməsi nəzərdə tutulur. Qaz çəkildikdən sonra torpağın qiyməti 8-10 min manat arasında dəyişəcək. Bu torpaq sahəsi dəyərindən ucuz təklif olunur. Əlavə olaraq, həyət ərazisində toyuq və hind quşlarına baxmaq üçün xüsusi tikili də var, dəmir konstruksiyalı, mühafizə olunan sahədir.Qəbələ rayonu Həzrə kəndi
Zəng et
Bənzər elanlar