Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
19.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 661403
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə120 m2
Torpaq sahəsi3 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mehdiabad qəsəbəsinin giriş hissəsində, Yeni Rahat Marketin arxasında, əsas yoldan ikinci küçədə yerləşən həyət evi satışdadır. Ev şəxsi istifadə üçün tikilib və tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Tikiliyə baxan şəxslər istifadə olunan materialların keyfiyyətini asanlıqla görə bilərlər. Ev 3 sot torpaq sahəsində yerləşir. Tikilinin üst hissəsi tam zbor kəmərlə hazırlanıb və iç hissələr də möhkəm konstruksiya ilə inşa olunub. İstəyə uyğun olaraq ikinci mərtəbə tikmək mümkündür. Fundamenti 80×60 ölçüdədir və körpü betonundan istifadə olunub. Həyətdə 12×7 ölçüdə navəs, əlavə sanitar qovşaq və 4 tonluq su çəni mövcuddur. Ev 8 daş kürsülü tikilib. Padval hissəsi tam gəzilə biləcək şəkildədir. Kombi istilik sistemi quraşdırılıb. Qaz, su, işıq, internet və ev nömrəsi mövcuddur. Kabel xətlərinə qədər bütün işlər şəxsi nəzarətlə görülüb. Əmlak yeni tramvay layihəsinə çox yaxın ərazidə yerləşir. Torpağın təyinatı kənd təsərrüfatıdır. Çıxarışı, katastr sənədi və evin eskiz layihəsi mövcuddur. Əmlak sahibinin öz adınadır. Ətrafında yaşayış üçün lazım olan bütün şərait mövcuddur.