Haqqında məlumat
Obyektin növü
Həyət evi / Villa, Bağ evi
Tikili tipi
Villa
Metro
Həzi Aslanov
Sahə
120 m2
Otaq sayı
4 otaq
Sənəd
Digər
Kredit
Kreditsiz
Makler deyiləm, öz şəxsi evimdir. Tam təmirli və bütün əşyaları ilə birlikdə, Hövsanın ən prestij yerində yerləşən, şəxsi dizaynla tikilmiş (makler evi deyil) mansard tipli, 2 mərtəbəli, 3 yataq, 1 qonaq və 1 mətbəx otaqlarından ibarət evimi satıram. İstilik sistemi kombidir, 2 ədəd kondisioner var (hər mərtəbədə 1 ədəd). Su, işıq, qaz - 24 saatdır, mərkəzi kanalizasiya sisteminə qoşulub. Sənəd: bələdiyyə, polis qeydiyyatı və notarial alqı-satqı müqaviləsi olacaq, bütün komunallar ada keçiriləcək. Qonşular gözəl və mədəni insanlardır. Məhəllənin düz qarşısında OMİD, ARAZ Supermarket, OBA, AL marketlər, İRŞAD, GYM FİTNESS, 24 saat işləyən Çörək bişirmə sexi, Hövsan Ucuzluq Univermaq, tikinti və təsərrüfat malları dükanı, məktəb, uşaq bağçası, poliklinika, aptek və bütün növ iaşə obyektləri mövcuddur. Həyətdə manqal keyfi üçün bütün şərait yaradılıb. Qətiyyən qrunt-zinə suları yoxdur, quru və dik ərazidir. Bu qiymətə şəkillərdə gördüyünüz bütün əşyaları, mebelləri və texnikaları ilə birlikdə satılır. Qiymət müzakirəsi aparmaq mümkündür. Vasitəsçilər 24 saat What s App-a yaza bilərlər.