Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 658300
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə60 m2
Otaq sayı2 otaq
KreditKreditsiz
Hörmətli qonaqlar, hər vaxtınız xeyir olsun. Mən Nabranın Şimali qəsəbəsində, Xəzər və Mayak istirahət mərkəzlərinin arasında yerləşən həyət evini kirayə verirəm. Ev haqqında məlumat: Evdən dənizə təxminən 150–250 metr məsafə var. Həyətdən dəniz görünür. Evdən meşəyə və əsas yola təxminən 200 metr məsafə var. Həyətdə kölgəli məkan və avtomobil saxlamaq üçün yer mövcuddur. Market evin yaxınlığında yerləşir. Oradan ərzaq və digər kənd məhsullarını əldə etmək mümkündür. Kənd daxilində kənd südü, kənd yumurtası və ləzgi çörəyi tapmaq olar. Həyətdə manqal və samovar var. Mətbəxdə qab-qacaq mövcuddur. Evdə isti və soyuq su daimidir, həmçinin kombi sistemi işləyir. Paltaryuyan maşın mövcuddur. Evdə 5 nəfər üçün rahat yataq yerləri və əlavə olaraq iki nəfərlik açılan divan var. Kondisioner yoxdur, lakin ventilyator mövcuddur. Wi-Fi və Smart TV var (YouTube və Netflix dəstəklənir). Həyətdə besetka var, burada rahat oturub yemək yemək, çay içmək və istirahət etmək mümkündür. Xoş istirahətlər arzulayırıq!