Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
18.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 658158
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Sahə330 m2
Otaq sayı5 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Albalılıq bağ massivində, təmiz havası, yod-brom tərkibli mühiti və sakit, səliqəli ərazisi ilə seçilən ideal məkanda möhtəşəm 2 mərtəbəli monolit beton villa satışdadır. Ümumi sahəsi 330 kv.m olan evdə 4 geniş yataq otağı, 1 zal və 3 sanitar qovşaq mövcuddur. Ev tam monolit beton konstruksiya ilə, o cümlədən dam örtüyü də beton monolit olaraq inşa edilib ki, bu da evin möhkəmliyini və uzunömürlülüyünü təmin edir. Tikinti və təmir zamanı ən yüksək keyfiyyətli materiallardan istifadə olunub. Bütün kommunikasiya xətləri (qaz, su, işıq) mövcuddur və tam hazır vəziyyətdədir. Sənəd – çıxarış (kupça). Həyətdə 5x10 ölçüdə daşma tipli hovuz və əlavə olaraq avtomobil üçün qaraj mövcuddur. Bağ həyatı üçün olduqca əlverişli, havası təmiz, yod-bromlu iqlimə sahib, sakit və gözəl bir ərazidə yerləşir. Həm daimi yaşayış, həm də istirahət üçün ideal seçimdir.