Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 656033
Haqqında məlumat
Sahə110.3 m2
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ünvan: Sumqayıt şəhəri, Corat qəsəbəsi (Corat bağları), 3-cü məhəllə, ev 49V Ev 3 sot torpaq sahəsində yerləşir. Torpağın və evin kupçası, həmçinin texniki pasportu mövcuddur. Ev ipotekaya yararlıdır. Ev 2015-ci ildə şəxsi yaşayış üçün keyfiyyətli şəkildə tikilib. Evi özüm tikmişəm. Makler deyiləm, ev birbaşa sahibindən satılır. Evin ümumi sahəsi 110.3 kv.m-dir. Bütün otaqların daxili hündürlüyü 3.2 metrdir. Ev yerdən 6 kubik hündürlükdə tikilib. Evin xüsusiyyətləri: • 3 yataq otağı • 1 geniş zal • 1 mətbəx • Hamam və tualet ayrı-ayrıdır • Seyf giriş qapısı • Plastik pəncərələr • Kombi sistemi • Kondisioner • Zalda eni 1.6 metr, hündürlüyü 1.6 metr, uzunluğu 3 metr olan yorğan-döşək saxlamaq üçün yük yeri mövcuddur Əlavə olaraq: • 18.6 kv.m zirzəmi • Zirzəminin hündürlüyü 1.85 metrdir • Həyətdə 1 yay mətbəxi • Yay mətbəxinin hündürlüyü 2.3 metrdir • Həyətdə ayrıca 1 hamam və 1 tualet mövcuddur • Həyətə 2 maşın rahatlıqla daxil olub park edə bilir Kommunal və digər üstünlüklər: • Qaz, su, işıq daimidir • Telefon və internet xətti var • Mərkəzi kanalizasiya sistemi mövcuddur • Evin ümumi elektrik sistemi stabilizator vasitəsilə daim 220V tənzimlənir • Ev tam yaşayış üçün hazır və işlək vəziyyətdədir Ərazi və yerləşmə: • Küçə tam asfaltdır • Daimi yaşayış olan məhəllədir • Küçənin hər iki tərəfindən Sumqayıta marşrut xətti işləyir • Dənizə təxminən 150 metr məsafədə yerləşir • Novxanı–Sumqayıt dənizkənarı yolundan təxminən 100 metr aralıda yerləşir • Yaxınlıqda 24 saat fəaliyyət göstərən market mövcuddur Qeyd: Evdən yalnız TV, paltaryuyan və soyuducu götürüləcək. Qalan bütün mebel və əşyalar evdə qalacaq. Yerləşdiyi ərazidə torpağın 1 sotu təxminən 30.000 AZN-dir. Satış qiyməti: 235.000 AZN Xahiş olunur telefonda qiymət danışığı edilməsin. Evə baxıldıqdan sonra real alıcı ilə endirim nəzərdə tutulur. Evə baxmaq üçün minimum 1 gün öncədən xəbər verilməsi xahiş olunur.