Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 654933
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə127 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Mənzil Şərur MTK tərəfindən hökumət məmurları üçün tikilib istifadəyə verilmiş 3 binadan ibarət kompleksdə yerləşir. Bina iki dənə liftlə təmin olunub. Təxminən 200 metrlik məsafədə uşaq bağçası, 25 nömrəli məktəb, 35 nömrəli polis bölməsi və 8 nömrəli uşaq klinikasının yerləşir. 20, 104 və 36 nömrəli marşrutların dayanacaqları binanin qarşısındadir. Kompleksin altında böyük Araz market var. Mənzilın 2 eyvanı var, yarım yelçəkəndir və eyvandan Zığ qəsəbəsi tərəfdə dəniz mənzərəsi açılır. Eyvanların hər ikisində plastik materialdan şkaf yığılıb. İstilik sistemi kombidir. Ev 2018 cü ildə tam təmir olunub və şəkildə göründüyü kimi hal hazirda çox az bir hissələrdə xırda təmirə ehtiyac var. Mənzilin blokdan giriş hissəsi zovqlə təmir olunub. Əşyalarla birgə satilir, yalniz şəxsi əşyalar götürüləcək. Yataq, qonaq və qız üçün otağın mebelləri Merinosdan alınıb və əla vəziyyətdədir. Oğlan otağının mebeli də Mondi Türkiyə brendinə aiddir.