Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
15.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 651748
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə110 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Köhnə Günəşli qəsəbəsində, General Mehmandarov küçəsi, 92 nömrəli binada mənzil satılır. Mənzil Moskva–Leninqrad layihəlidir, 5 otaqdan 4 otağa ideal şəkildə düzəldilib. Tam sıfırdan təmir olunub və yaşayış olmayıb. Təmir zamanı qapılar, döşəmə, lüstralar və digər materiallar yüksək keyfiyyətlə seçilib. İstilik sistemi kombidir. Dəhliz, mətbəx və sanitar qovşaqlarda döşəmə keramoqranitdir və isti döşəmə sistemi ilə təchiz olunub. Mənzil Megastore hipermarketinin arxa çıxışına yaxın məhlədə yerləşir. Pəncərələr 24 nömrəli məktəbin həyətinə və yeni açılmış 263 nömrəli məktəbə baxır. Yaxınlıqda 8 nömrəli uşaq poliklinikası və 35 nömrəli polis bölməsi yerləşir. Həzi Aslanov metrosuna yaxın ərazidədir. Binanın dam örtüyü ikiqat panel və üzəri tol ilə təmin olunub. Məhəllə abadlaşdırılıb, bina rənglənib və uşaq oyun meydançası qurulub. Liftin dəyişdirilməsi planlaşdırılıb. Sənədi çıxarışdır (kupça).