4 otaqlı Villa / Həyət evi
13.05.2026
Elan nömrəsi: 646733
binam.az Vasitəçi
150.000 AZN 811 AZN/m2 Satılır
Bakı. Xəzər Zabrat-1
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(070) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.05.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 646733
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Metro Koroğlu
Sahə 185 m2
Otaq sayı 4 otaq
Zabrat-1 qəsəbəsində, 21 saylı poliknikaya yaxın, Ülvi marketin arxasında yerləşən geniş və keyfiyyətli tikilmiş həyət evi satışa təqdim olunur. 2 sot torpaq sahəsində inşa edilmiş evin ümumi sahəsi 185 kv.m təşkil edir. Ev 2 mərtəbədən və 4 geniş otaqdan ibarətdir. Həm yerləşmə baxımından əlverişli, həm də keyfiyyətli tikili olması ilə seçilən bu ev ailə üçün rahat yaşayış imkanı yaradır. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. Evin bütün kəmərləri beton monolitdir, bu da tikilinin möhkəmliyini və uzunömürlü olmasını təmin edir. Birinci mərtəbənin döşəməsinə əlavə olaraq 7-10 sm beton verilib və tam şəkildə izolyasiya olunub. Evin konstruksiyası xüsusi diqqətlə hazırlanıb, bütün pəncərələr 12-lik armaturla möhkəmləndirilərək raşotkalanıb. Birinci mərtəbə təmirsizdir və yeni sahibin zövqünə uyğun şəkildə təmir etməsi üçün əlverişli vəziyyətdədir. İkinci mərtəbə isə tam təmirlidir və yaşayış üçün hazır vəziyyətdədir. Ev əşyasız satılır. Kommunal baxımdan bütün şərait mövcuddur – qaz, su, işıq və digər bütün kommunal xətlər çəkilib. Ətrafında market, poliklinika, məktəb və digər vacib iaşə obyektləri yerləşdiyi üçün yaşayış üçün çox əlverişli məkandır.
Zəng et
Bənzər elanlar