Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
09.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 645809
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə85 m2
Torpaq sahəsi1.3 sot
Otaq sayı4 otaq
KreditKreditsiz
Öz evimdir. Daxili tam təmir olunub yaşayışlı evdir. Heçbir çatışmazlıq yoxdur. Kombi sistemidir. Su qaz işıq internet hamısı var. Nəmişlik yoxdur. Həyətində 2 maşın rahatlıqla yerləşər. Maklerlər narahat etməsin real alıcı ilə razılaşmaq olar. Ev həm əşyalı həmdə əşyasız satıla bilər. Mebellər yataq qonaq orağında qala bilər hamısı 7 ayın mebelləridir. Kandisaner tv və kameralarıda saxlamaq olar. Evin həyətində piyada qapısıdır. Darvaza qoyulmalıdır. Evin sağıda soluda boşdur. Hər iki tərəfində maşın saxlamağa yeri var. İki tərəfədə çıxış qoymaq mümkündür. Alan adam darvazanı istədiyi tərəfə aça bilər. Həyətdə qızıl güllər və quş və ya toyuq saxlamaq üçün yerdə var o da qalacaq. Həyətin işıqları sensorladır axşamlar özü yanır. 4 tərəfində kamerası var.ev hər tərəfdən mata ilə üzlənib. Çornı poluna qədər hər birşeyi qaydasındadır. 91 nömrəli avtobusun dayanacağına 150 metr məsafədədir. Yaxınlıqda marketlərdə var. Suyu 24 saatdır. Su xətti evin yanından keçir. Kanalizasiya xətti var. Alan adam zövqə uyğun həyətində hansısa dəyişiklik edər daxilində heçbir işi yoxdur. Gir yaşa evdir. Kombi və əşya yığmaq üçün kladovkası ayrıcadır paltaryuyanda orada yerləşdirilib mətbəxdə deyil. Əşyalı qiymət 97 min əşyasız 90 min olacaq