Sumqayıt / Sumqayıt Bulvarı / Yeni tikili
08.05.2026
Elan nömrəsi: 642427
www.evv.az Mülkiyyətçi
72.500 AZN 507 AZN/m2 Satılır
Təmirli
Sumqayıt. Sumqayıt Sumqayıt ş., Bulvar küç. 31 A
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(010) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
08.05.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 642427
Haqqında məlumat
Obyektin növü Bina evi mənzil
Tikili tipi Yeni tikili
Sahə 143 m2
Mərtəbə 9 mərtəbə
Binanın mərtəbə sayı 9 mərtəbə
Otaq sayı 4 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Sumqayıt şəhəri, Bulvar küçəsi 31A ünvanında, dəniz və park mənzərəli 4 otaqlı geniş mənzil satılır. Mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Mansard deyil, üstü monolit betondur və çardaq mövcuddur. Lift mərtəbəyə qədər qalxır. Mənzilin sahəsi sənəd üzrə 143 kvadratmetr, çöldən-çölə isə 179 kvadratmetrdir. Tavan hündürlüyü 3,5 metrdir. Mənzil geniş və funksional planlanmaya malikdir. 1 zal, 1 mətbəx, 3 yataq otağı, 2 sanitar qovşağı, 4 balkon, 1 garderob və 1 çamaşırxanadan ibarətdir. Zal, mətbəx və yataq otaqlarından biri dənizə panoramalı mənzərəyə açılır, digər 2 yataq otağı isə parka baxır. Mənzil yelçəkəndir. Dənizə baxan yataq otağında həm balkon, həm də ayrıca sanitar qovşağı var. Koridorda ümumi sanitar qovşağı və çamaşırxana yerləşir. Balkonların hamısı keyfiyyətli PVC pəncərələrlə bağlanıb. Mənzildə su, qaz, işıq, internet, lift və istilik sistemi daimidir. İstilik kombi sistemi ilə təmin olunur. Koridor, çamaşırxana və 2 sanitar qovşağı isti döşəmə sistemi ilə təchiz edilib. İşıq sistemi keyfiyyətli materiallarla çəkilib, spot işıqlar quraşdırılıb, lüstrlər isə bahalı modellərdəndir. Mətbəx mebeli və razılaşma əsasında digər iri əşyalar mənzildə qala bilər. Blokda cəmi 5 mənzil var. Təhlükəsizlik kameraları həyətdə, liftdə və hər mərtəbədə quraşdırılıb. Bloka giriş kodladır. Hər mərtəbədə ümumi istifadə üçün böyük zibil qutusu mövcuddur. Təmizlik və yaşıllığa qulluq işləri gündəlik olaraq Aral Group — Mirvari City MTK tərəfindən həyata keçirilir. Binanın altında, yanında və arxasında pulsuz parkinq sahələri var. Velosiped saxlamaq üçün açıq və qapalı yerlər mövcuddur. Həyətdə elektrikli avtomobillər üçün enerji doldurma stansiyası quraşdırılıb. Uşaqların təhlükəsizliyi üçün binanın qarşısına avtomobil girişi məhdudlaşdırılıb. Həyətdə uşaqlar üçün açıq hava əyləncə zonaları, böyüklər üçün isə söhbətgahlar var. Bina çox əlverişli infrastrukturda yerləşir. Yanında 24 saat fəaliyyət göstərən 2 supermarket, 2 uşaq bağçası, pilates zalı, gözəllik salonu, klinika, kafe və restoranlar mövcuddur. Bulvardakı attraksionlara təxminən 5 dəqiqəyə çatmaq mümkündür. Mənzil İKZF ipotekasındadır. 27 ay ödənilib, 273 ay qalıb. Aylıq ödəniş: 1 160 AZN İlkin ödəniş: 72 500 AZN Bu günə olan İKZF bank borcu: 212 000 AZN Nağd alış qiyməti: 284 500 AZN
Zəng et
Bənzər elanlar