Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
07.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 641577
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə75 m2
Mərtəbə3 mərtəbə
Binanın mərtəbə sayı3 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Xətai rayonu, Köhnə Günəşli qəsəbəsində mənzil satışa təqdim olunur. Mənzil tam yol kənarında yerləşən Leninqrad layihəli binada yerləşir. 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin ümumi sahəsi 75 kv.m təşkil edir. Mənzil 3 otaqlıdır, orta blokda yerləşir və skvaznoy planlaşdırmaya malikdir. Mənzil təmirli və gir yaşa vəziyyətdədir. Döşəmə parketdir və mənzil əşyaları ilə birlikdə satılır. Mənzilin həm həyətə, həm də yola baxışı olan balkonu mövcuddur. Kommunal xidmətlər qaz, su və işıq daimidir. Mənzildə əlavə olaraq damda 2 tonluq, hamamda isə 500 litrlik su çəni quraşdırılıb. Binada yeni lift mövcuddur. Binanın qarşısında 24 nömrəli rus məktəbi və 263 nömrəli Azərbaycan məktəbi yerləşir. Binanın həyətində dövlət uşaq bağçası fəaliyyət göstərir. Binanın qarşısından 20, 36 və 104 nömrəli marşrut xətləri keçir. Ərazidə AL Market, OBA Market, aptek, meyvə-tərəvəz dükanları, şirniyyat mağazası, ət dükanı, xırdavat mağazası, moyka, restoran və kafelər mövcuddur. Mənzilin Həzi Aslanov metrosuna məsafəsi təxminən 1.4 km təşkil edir.