İsmayıllı / Həyət evi - Villa
05.05.2026
Elan nömrəsi: 636078
yeniemlak.az Mülkiyyətçi
160.000 AZN 1.882 AZN/m2 Satılır
Təmirli
İsmayıllı. İsmayıllı Lahıc qəsəbəsi, ev 18a
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(050) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.05.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 636078
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 85 m2
Otaq sayı 3 otaq
Kredit Kreditsiz
Lahıc qəsəbəsi ev 18a. Evin yerləşimi Lahıcın ən sakit və səfalı məhləsindədir. Həyətə rahat 4-5 maşın girir. Darvaza dəmirdən taxta rənginə uyğun yığılıb, ölçüləri hündülük 3 metr eni 3.8 metr, ZİL rahat girir. Həyətin aşağı hissəsi 12 metr enində 23 metr uzunluğunda torpaq çıxarılaraq Qonaq evi tikintisi üçün meydança edilib. Küçədən həyətə maşınla rahat giriş təmin edilib. Lahıcda maşınlarla həyətə girişini rahat təmin edən bu cür həyətlər nadir hallarda rast gəlinir. Həyət həm biznes həm şəxsi yaşayış üçün ideal məkandadır. Həyətdə 800 ədəd kubik və 6 m3 hörgü və döşəmə üçün çay daşı var. Panoraması Niyal, Gümüşqala və Babadağlarına açılır. Ev hündürdə yerləşdiyindən gecələr çayın sakitləşdirici səsi gəlir, yayın ən isti havasında bu ərazi sərin olur. Həyətdə 1.5 m3 su çəni 3 ədəd bəhər verən 15-20 metr hündürlüyündə qoz ağacı və iri alma ağacları var. Komunallar qaydasındadır, su(şəlalə), qaz, işıq problemi yoxdur. Evdə qeydiyyatda heç kim yoxdur. Ev tam təmirli olmasa belə, yaşayış üçün bütün şəraiti var və bayramlarda yaşayış olur. Qışda soyuq olmasın deyə, otaqları isitmək üçün, yataq və qonaq otağı arası qaz və odunla işləyən qalın materialdan kürə qoyulub. Evin birinci mərtəbəsində hamam, tualet, nasosxana və zirzəmi yerləşir. İkinci mərtəbədə qonaq otağı, yataq otağı, mətbəx və balkon yerləşir. Üçüncü mərtəbədə yataq otağı, təsərrüfat otağı və balkon yerləşir. Sumqayıt vəya Bakı şəhərində evlə barteri danışmaq olar. İpotekaya yararlıdır, ev 1991-cci ildə inşa olunub. Əmlaka istənilən zaman baxmaq olar.
Zəng et
Bənzər elanlar