Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
05.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 634940
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroNeftçilər
Sahə70 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı16 mərtəbə
Otaq sayı2 otaq
SənədDigər
KreditKreditsiz
Mənzil haqqında ümumi məlumat: Nizami rayonunda, 8-ci km bazarının aşağı hissəsində, Daxili İşlər Nazirliyinin (DİN) binasında (Bazarstore olan bina) 2 otaqlı mənzil kirayə verilir. Bina tam təhlükəsizdir və 7/24 mühafizə xidməti ilə təmin olunub. Ətrafda Podium mall, Məlhəm klinika, məktəb, bazar, marketlər, restoranlar və s. var. Sahəsi: 70 kv.m Mərtəbə: 9 (Mənzil binanın tam ortasında yerləşir) Pəncərələr cənub tərəfə baxır (Günəşli və işıqlı mənzil) Döşəmə: Keyfiyyətli parket Mənzildə özümüz yaşamışıq, buna görə də hər bir detal yüksək keyfiyyətlə seçilib. Tam əşyalı və məişət texnikası ilə təmin olunmuş vəziyyətdə təqdim edilir: Məişət texnikası: Soyuducu, paltaryuyan maşın, kondisioner, soba və bişirmə paneli (peç). Mebellər: "Doğtaş" mebelləri və s., Kirayə şərtləri: Mənzil uzunmüddətli qalmaq istəyən ciddi şəxslərə təklif olunur. Yalnız ailələr üçün (Kiçik uşaqlı ailələrə, tələbələrə və subay şəxslərə verilmir). Rəsmiləşdirmə: Kirayə müqaviləsi bağlanacaq. Vasitəçilər (maklerlər) yığmasın, təkrar elan paylaşılmasın. Ödəniş: Kommunal xərclər və komendant ödənişi kirayə haqqına daxil deyil. Depozit: 300 manat