Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
02.05.2026
Baxışların sayı: 0Elan nömrəsi: 627081
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə85 m2
Torpaq sahəsi6 sot
Otaq sayı3 otaq
KreditKreditsiz
Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən evimiz sizə sakitlik, rahatlıq və komfort dolu istirahət vəd edir. Şəhərin mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə yerləşən bu məkan, dağların əhatəsində və meşənin içində yerləşərək təbiətlə baş-başa qalmaq istəyənlər üçün ideal seçimdir. Evimiz 2 yataq otağı və mətbəx-studiya tipli geniş zal ilə təchiz olunub. Maksimum 6 nəfərlikdir və ailəvi istirahət üçün tam uyğundur. Yalnız ailələr üçün kirayə verilir. Qonaqlarımızın rahatlığı üçün evdə bütün lazımi şərait yaradılıb: Hovuz Dağ panoramalı terras Uşaqlar üçün mini oyun sahəsi Böyük ekran Smart TV Sürətli Wi-Fi Avtomobilləriniz üçün geniş və təhlükəsiz parkinq sahəsi Samovar Coffee aparatı, paltar yuyan maşın, ütü Elektrik bişirmə paneli, soyuducu və bütün qab-qacaq Manqal və kömür Bundan əlavə, qonaqlarımız üçün çay, qəhvə, şəkər, duz, ədviyyatlar və gigiyenik vasitələr tərəfimizdən təmin olunur. Evimizdə isti su daimidir. Elektrik kəsintisi zamanı belə avtomatik qoşulan generator vasitəsilə fasiləsiz enerji təmin edilir. ???? Giriş saatı: 15:00 ???? Çıxış saatı: 12:00 Qeyd: Giriş zamanı şəxsiyyət vəsiqəsi və nikah kağızı tələb olunur. Uzunmüddətli qalmalar üçün xüsusi endirimlər tətbiq olunur. Təbiətin qoynunda unudulmaz istirahət üçün sizi evimizdə görməkdən məmnun olarıq! ????