Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
29.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 621019
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə300 m2
Torpaq sahəsi6 sot
Binanın mərtəbə sayı1 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Oğuz rayonunun yuxarı hissəsində, dağ mənzərəli həyət evi satılır. Ev əsas mərkəzi yolun üzərində, yerdən təxminən 2 metr hündürlükdə yerləşir və hər tərəfi daş hasarla əhatə olunub. 5 otaqdan ibarət olan ev yüksək səviyyədə təmir edilib, kondisioner, kombi və isti döşəmə sistemi ilə təchiz olunub. Qaz, su, işıq və Wi-Fi fasiləsizdir. Həyətin giriş hissəsində 12×7 m ölçüdə, evin arxa hissəsində isə 10×4 m ölçüdə naves mövcuddur. Evin altında təxminən 80 kv.m sahəsi olan anbar yerləşir. Ümumi torpaq sahəsi 6 sotdur. Həyətdə əlavə olaraq yay üçün nəzərdə tutulmuş, tam təmirli 3 otaqlı ikinci ev də var (2 otaq, 1 studiya tipli zal, hamam və sanitar qovşaq). Kirayə məqsədilə istifadə üçün də əlverişlidir. Həyətdə besedka-manqal zonası, müxtəlif meyvə ağacları, ayrıca hamam-sanitar qovşağı və yay mətbəxi mövcuddur. 4 avtomobil üçün park yeri var. İstənilən vaxt baxış mümkündür. Real alıcı ilə yerində razılaşma mümkündür.