Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
28.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 617935
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
Sahə67 m2
Mərtəbə16 mərtəbə
Binanın mərtəbə sayı17 mərtəbə
Otaq sayı2 otaq
SənədDigər
TƏCİLİ SATILIR - TAM ƏŞYALI 2 OTAQLI MƏNZİL!! . Yeni Yasamal ərazisi, Əsəd Əhmədov küçəsində yerləşən 17 mərtəbəli binanın 16-cı mərtəbəsində 1 otaqdan 2 otağa ideal şəkildə düzəldilən mənzil satışdadır. Ümumi sahəsi 67 kv.m-dir . Mənzildə cəmi 1 il yaşayış olub, son 2-3 ildir isə istifadə olunmur və kirayəyə verilməyib. Bu səbəbdən təmir ilk günkü kimi qorunub saxlanılıb və hazırda əla vəziyyətdədir. Mənzil yüksək zövqlə və şəxsi istifadə üçün keyfiyyətli materiallarla təmir olunub. Satış tam əşyalı şəkildə həyata keçirilir və mənzildə qalan mebellər bahalı və keyfiyyətlidir. Məişət texnikaları götürüləcək, lakin bütün əsas mebellər yerində qalacaq. Qeyd edək ki, yataq otağında yerləşən uşaq mebeli ölçü baxımından böyük olduğu üçün otağı bir qədər kiçik göstərir. Satış zamanı həmin mebel götürüləcək və otaq daha geniş və rahat görünəcək. . Mənzildə qaz, su və işıq daimidir, kombi istilik sistemi mövcuddur. Binada 2 lift var və hər ikisi işlək vəziyyətdədir. Mənzil balkonludur, balkon təhlükəsizlik məqsədilə perila ilə təmin olunub və əlavə qoruyucu sistemlər quraşdırılıb. Ərazi baxımından da çox əlverişli yerdə yerləşir – yaxınlıqda marketlər, məktəblər, ictimai iaşə obyektləri və digər zəruri infrastruktur mövcuddur. Sənəd müqavilədir, yaxın zamanda kupça verilməsi gözlənilir. . Əlavə məlumat və baxış üçün zəng edə və ya yaza bilərsiniz. Xidmət haqqı 1%