Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 615224
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiYeni tikili
MetroElmlər Akademiyası
Sahə99.5 m2
Mərtəbə17 mərtəbə
Binanın mərtəbə sayı10 mərtəbə
Otaq sayı3 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Yasamal rayonu, Elmlər Akademiyası metro stansiyasının qarşısında yerləşən premium yaşayış kompleksi “Park Academy”də 3 otaqlı, 104.5 kv.m (çıxarışda 99.5 kv.m) sahəsi olan təmirli mənzil satışa təqdim olunur. Mənzil geniş, işıqlı və funksional planlanmaya malikdir. Təmir zamanı yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Qranit və metlax döşəməli sahələr isti döşəmə sistemi ilə təchiz edilib. Mənzildən şəhərə və dənizə açılan möhtəşəm panorama mövcuddur. Kompleks yüksək səviyyəli infrastrukturla təmin olunub: Girişdə resepsiyon xidməti və gözləmə zalı Geniş və səliqəli həyət Uşaqlar üçün oyun meydançası 3 mərtəbəli yeraltı qaraj Bina mərkəzləşdirilmiş istilik və soyutma sistemi ilə təchiz edilib – qışda istilik, yayda isə soyutma təmin olunur. İsti su fasiləsiz olaraq bina tərəfindən verilir. Binanın aşağı 5 mərtəbəsi ticarət sahələri üçün nəzərdə tutulub və yaxın zamanda istifadəyə veriləcək. Lokasiya baxımından çox əlverişlidir – ətrafda universitetlər, nazirliklər, məktəblər, uşaq bağçaları, supermarketlər, restoranlar və digər iaşə obyektləri mövcuddur. Mənzilin çıxarışı (kupça) var və ipotekaya tam yararlıdır.