Abşeron / Masazır / Həyət evi - Villa
27.04.2026
Elan nömrəsi: 614491
yeniemlak.az Mülkiyyətçi
179.000 AZN 1.705 AZN/m2 Satılır
Təmirli
Bakı. Abşeron Masazır Teymur Əliyev küçəsi, Duz Gölü
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(099) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
27.04.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 614491
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 105 m2
Otaq sayı 4 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Fransız layihəsi ilə inşa edilmiş, 2 mərtəbə, 4 otaq, 2 sanuzel, 1 mini depodan, 2 kiçik balkondan və 1 sot şəxsi həyətyanı sahədən ibarət town house-villa, Masazırın ən elit yeri olan yodlu Duz gölündən yuxarıda yerləşir. Buranın havası Naxçıvandakı Duzdağla müqayisə olunur. Müalicəvi əhəmiyyəti var. Ev Masazır-Novxanı yolunun yaxınlığında sakit, ekoloji təmiz, elit ərazidə yerləşir. (Duz gölünün üstündəki villaların olduğu ərazi Masazırın digər suyu tez-tez kəsilən, dərədə yerləşən, sıx və iç-içə tikilmiş yaşayış massivləri ilə müqayisə olunmamalıdır. Bu ərazidə satışda demək olar ki, torpaq qalmayıb. Təcili satılanda 1 sotu 30-35.000 manata təklif olunur.) Ətrafda yaşayış üçün lazım olan bütün infrastruktur mövcuddur. Qaz,işıq,su fasiləsizdir. İstilik sistemi kombidir. Ehtiyat olaraq boksda Ariston da var. İnterneti KaTv təmin edir. 1 mexaniki qapı və 1 avtomatik darvazası var. Darvaza uzaqdan idarəetmə pultu ilə açılıb-bağlanır. Çöl tərəfdə hasarboyu piramida şam ağacları, evkalipt ağacları və güllər əkilib. Əsas yoldan evə qədər bütün yol örtüyü asfaltdır. Məşhur badam bağları ərazisindəki Villa Badam və Park Solero kimi elit komplekslərin yanında yerləşir. Mülkiyyət sənədi çıxarışdır(kupça). Ev yaşayış üçün zəruri olan hər cür mebel və elektrik məişət əşyaları ilə təmin olunmuşdur və əşyalar ilə birgə satılır. Tam qanuni, rəsmi şəkildə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də satıla bilər. Qiymət barədə müəyyən razılaşma mümkündür.
Zəng et
Bənzər elanlar