Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
25.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 612003
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə80 m2
Mərtəbə7 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı3 otaq
SənədDigər
KreditKreditsiz
Satılır: Bakıxanov qəsəbəsinin mərkəzində yerləşən işıqlı mənzil. Maklerlər müraciət etməsin, mənzil birbaşa sahibi tərəfindən satılır. 2 otaqlı mənzil funksional şəkildə 3 otağa düzəldilib. Əlavə olaraq geniş və tam təchiz olunmuş mətbəxi var. Böyük, qapalı eyvan mövcuddur. Hamam və sanitar qovşağı ayrıdır. Otaqlar ayrı-ayrıdır, geniş dəhliz mövcuddur. Sənədlər tam qaydasındadır, çıxarış (kupça) var. Yaşayış sahəsi 58,84 kv.m, ümumi sahə isə təxminən 80 kv.m təşkil edir. Mənzil 9 mərtəbəli binanın orta mərtəbəsində yerləşir, künc mənzildir. İpoteka ilə almaq mümkündür. Yaxınlıqda iri marketlər fəaliyyət göstərir. 72 nömrəli məktəb-liseyə yaxın məsafədədir. Əsas yola yaxındır, avtobuslar şəhərin müxtəlif istiqamətlərinə hərəkət edir. Elektriçkaya piyada təxminən 10 dəqiqəlik məsafə var, qatarla “28 May” stansiyasına 12 dəqiqəyə çatmaq mümkündür. “Neftçilər” metrosuna piyada 30 dəqiqə, avtobusla 10 dəqiqə, avtomobillə isə 5 dəqiqəlik məsafədə yerləşir. Təmir orta səviyyədədir. Qonşular sakit və mədənidir. Binanın qarşısında fərdi evlər yerləşdiyinə görə gələcəkdə qarşısının bağlanma ehtimalı yoxdur, mənzilin işıq və mənzərəsi açıq qalır. Layihə geniş və eksperimentaldır. İstilik sistemi mərkəzləşdirilmişdir, mənzil daim isti olur. Mənzil iki tərəflidir (skvoznoy).