Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
24.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 608946
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə125 m2
Torpaq sahəsi3 sot
Otaq sayı4 otaq
KreditKreditsiz
Yeni Ramana qəsəbəsində (Buta Palace yaxınlığı), Heydər Əliyev prospektinin kənarında yerləşən həyət evi satışa təqdim olunur. Ərazi sakit, səliqəli və tam mərkəzi mövqedədir, asfalt yolun üzərində yerləşir və bir çox marşrut xətləri (106, 141, 160, 168, 169, 214) bu ərazidən keçir. Həyət ümumilikdə 3 sotdur, iki avtomobilin rahat daxil olması mümkündür. Ev 125 kv.m sahəyə malikdir və 4 otaqdan ibarətdir. Həyətdə əkin üçün yer, həmçinin bar verən meyvə ağacları mövcuddur. Ev eyvanlıdır. Kommunal xətlər – qaz, su və işıq daimidir. Həyətdə 12 tonluq su hovuzu yerləşir. Ev kürsülüdür və iki girişli zirzəmisi var. İstilik sistemi kombidir, otaqlar geniş və işıqlıdır. Ev keyfiyyətli təmir olunub, divarlar qoşa daşdır. Ətrafda supermarketlər, məktəb, bağça, aptek və digər zəruri obyektlər mövcuddur. Ev əşyalı və ya əşyasız satıla bilər. Sənəd bələdiyyə sənədidir, qeydiyyat mövcuddur və alqı-satqı zamanı problem yaranmayacaq. Qiymət: 133 000 AZN Xidmət haqqı: 1% Real alıcıya baxışdan sonra endirim nəzərdə tutulur.