Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 603077
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroSahil
Sahə65 m2
Mərtəbə3 mərtəbə
Binanın mərtəbə sayı4 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Şəhərin mərkəzində, Zərifə Əliyeva küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində, ümumi sahəsi 63 m2 (16 m2 antresol hissəsidir) olan, 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzil satışa çıxarılır. Bina möhkəm konstruksiyaya malik olub, həm də tarixi əhəmiyyət daşıdığı üçün dövlət tərəfindən qorunur. Mənzil Sahil metrosundan, avtobus dayanacağından, Bulvardan və Nizami (Tarqovı) küçəsindən 3-4 dəqiqəlik məsafədədir. Avtomobil saxlamaq üçün şlaqbaumlu həyəti də mövcuddur. İşıq, su (şollar), qaz daimi, internet fiberoptikdir. İki s/q var. Biri içəridə, biri isə evdən 10 metr kənardadır. Mənzilin S. Vurğun küçəsinə balkon çıxarmaq üçün icazəsi, üst qonşu ilə arasında isə 30 m2 zirzəmisi də mövcuddur. Həyət tərəfdən isə ümumi eyvanı (paltar sərmək, gül yetişdirmək, çay içmək və s. üçün) vardır. Burjuaziya dövrü Bakı memarlığını, şəhər mərkəzində yaşamağın prestijini dəyərləndirə bilən zövq əhli müştərilərə təklif olunur. Satılır 2 otaqlı 63 m2 köhnə tikili Sahil m. Sənəd kupça çıxarış Ofis haqqı 1 %