Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
22.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 601694
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə222 m2
Torpaq sahəsi16 sot
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Evin və torpağın sənədi çıxarışdır (kupça). Evin 1-ci və 2-ci mərtəbəsində hamam və tualet mövcuddur. Dənizə baxan hissədə hər iki mərtəbədə anbar (kladovka) yerləşir. Hər mərtəbədə dənizə tərəf 3x12 m ölçüdə balkon var. Avtomobil saxlamaq üçün 4x12 m ölçüdə qaraj mövcuddur, qarajın arxa hissəsində həyət tualeti yerləşir. Evin arxasında əlavə 2 anbar var. Həyətdə quş saxlamaq üçün 2 hissədən ibarət ayrıca tikili mövcuddur. Su quyusu, 5 tonluq su çəni, Xanbulaxdan gələn su xətti, işıq, qaz və internet daimidir. Evin küçəyə baxan ön hissəsində 2x5 m ölçüdə açıq balkon var. Həyətdə 50 ədəd sitrus meyvə ağacı və 250 ədəd müxtəlif növ meyvə ağacları mövcuddur. Ev 4 tərəfdən daş hasarla əhatə olunub. Ev Səlləkəran kəndinin girişində, Heydər Əliyev prospektindən kənd istiqamətində, magistral yoldan düz 500 metr məsafədə, küçə kənarında yerləşən ilk evdir (ev №1, dalan №1). Ev yarı təmirlidir. Qiymətdə real alıcı ilə razılaşma mümkündür.