Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
20.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 596323
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
Sahə65 m2
Mərtəbə1 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı2 otaq
SənədÇıxarışlı
KreditKreditlə
İpotekaya yararlıdır. Çıxarış (kupça və texniki pasport) mövcuddur. Yeni Günəşli “V” massivində, 9 mərtəbəli leninqrad layihəli binanın orta blokunda, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 65 kv.m olan qanuni 2 otaqlı, tam təmirli və qismən əşyalı mənzil satılır. Mənzildə kombi, televizor, qonaq otağı mebeli, dəhliz mebeli və mətbəx mebeli qalacaq. Birinci mərtəbə olmasına baxmayaraq, mənzil yerdən hündürdə yerləşir. Zirzəmi quru və təmizdir. İstilik sistemi kombidir. Qaz, su və işıq daimidir. Metroya avtobusla təxminən 10 dəqiqəlik məsafədədir. Mənzilin əlavə olaraq özünə məxsus anbarı (kladovkası) var. Həm blokdan, həm də arxa həyətdən giriş mövcuddur. Arxa həyət yaşıllıqla əhatə olunub və artırma üçün geniş sahə var. Bina abad məhəllədə yerləşir. Həyətdə avtomobil saxlamaq üçün geniş yer ayrılıb və ərazi kamera sistemi ilə nəzarət altındadır. Binanın fasadı yenilənib. Sakinlərin istirahəti üçün park və uşaq oyun meydançaları mövcuddur. Yaxınlıqda avtobus dayanacağı, uşaq bağçaları, məktəblər, marketlər, apteklər, poliklinika və digər zəruri obyektlər yerləşir. Real alıcı üçün qiymətdə endirim mümkündür.