Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 590575
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə186 m2
Otaq sayı6 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Ev 1.86 sot torpaq sahəsində yerləşir. Evin sahəsi 99,6 kv.m, həyətin sahəsi isə 86,4 kv.m-dir. Ev bir-biri ilə əlaqəsi olmayan iki hissədən ibarətdir. Hər hissənin çıxışı ayrıdır və çıxışlar iki fərqli küçəyə baxır. Böyük hissədə 3 otaq, mətbəx və həyətində evə bağlı olmayan əlavə 1 otaq var. Tualet və hamam həyətdə yerləşir və bu hissəyə aiddir. Kiçik hissədə 2 otaq və həyətində bu hissəyə aid tualet və hamam mövcuddur. Qaz, su, kanalizasiya və işıq təminatı var, heç bir problem yoxdur. Ev sovet dövründə tikilmiş, bir mərtəbəli evdir. Hal-hazırda iki kirəçi yaşayır. Həyətdə olan ayrıca otağı daha bir kirayəçiyə vermək mümkündür. Ev əşyalıdır (əşyalar köhnə olsa da, indiki kiracılar istifadə edir). Ev ana yolun kənarında yerləşir (Nazim İsmayılov küçəsi/Arablinka yolu ve Maqomayev küçəsi). Qonşu küçədən (200 metr aralı) 66 nömrəli avtobus marşrutu keçir. Evin və torpağın çıxarışı var. Evə baxmaq üçün əvvəlcədən əlaqə saxlamaq lazımdır. Real alıcıya endirim ediləcək.