Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
17.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 589722
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
MetroƏhmədli
Sahə430 m2
Torpaq sahəsi5 sot
Binanın mərtəbə sayı3 mərtəbə
Otaq sayı7 otaq
SənədÇıxarışlı
KreditKreditlə
KUPÇALİ+İPOTEKAYA YARARLI Villa Əhmədlinin ən prestijli yerində, Əhmədli metrosunun tam yaxınlığında, metrodan piyada 4 dəqiqəlik məsafədə 5 sot torpağın içində Üçmərtəbəli Villa (2 + geniş və hündür içdən hörgülü Mansard). Ümumi 430 kv-lıq Villanın həyətində 8 maşınlıq parkovka üçün tamet sahə, 80 kv-lıq yaşıllıq sahə, 28 ağac, besedka, çöl sanitar qovşağı, evin aşağısında isə əşya yığmağa zirzəmi var. Həyətdə keyfiyyətli drenaj sistemi və güclü işıqlanma vardır. 1-ci mərtəbədə 60 kv-a yaxın böyük zal, geniş və hündür tavanlı hol, mətbəx, ümumi sanitar qovşağı, yaşlı yataq otağı və otağın içində əlavə sanitar qovşağı yerləşir. 2-ci mərtəbədə eynilə hündür geniş hol, həyətə baxan balkon, 4 geniş yataq otağı, ümumi sanitar qovşağı və otaqların birinin içində əlavə sanitar qovşağı yerləşir. 3-cü mərtəbədə 120 kv-lıq geniş Mansardı istənilən təyinat üzrə istifadə etmək olar (Əlavə otaqlara da ayırmaq olar, geniş istirahət yeri kimi də saxlamaq olar) Qeyd: Villa sırf şəxsi yaşayış üçün tikildiyi üçün inşaatı və təmiri çox keyfiyyətli və dözümlüdür. XİDMƏT HAQQİ 1 %