Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
16.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 586454
Haqqında məlumat
Obyektin növüHəyət evi / Villa, Bağ evi
Tikili tipiVilla
Sahə50 m2
Torpaq sahəsi1.2 sot
Otaq sayı2 otaq
KreditKreditsiz
2 otaqlı həyət evi satılır. Şəxsi evimdir. Tam təmirlidir. Ev 2 otaq, 1mətbəx, sanitar qovşaq, və kiçik həyətdən ibarətdir. Yeni Ramana qəsəbəsi 90 nömrəli məktəbə yaxın məsafədə əlverişli və rahat məkanda yerləşən bu ev yaşayış üçün ideal seçimdir. Ev nəqliyyata və bütün əsas infrastruktura çox yaxın ərazidə yerləşir. Yolu rahat, məhəllə sakit və təhlükəsizdir. Koroğlu metrosuna isə cəmi 8-9 dəqiqəlik yoldur. Yoldan 214,106,162,169 nömrəli marşrutlar keçir. Ev şəxsi tikilidir, zirzəmisi mövcuddur. Kürsülü evdir. 5 daş kürsüdə inşa olmuş, fundamentli, evin qabağı tək daş digər 3 tərəfi qoşa daşla tikilən evdir. Tikinti normativlərinə tam uyğundur həmçinin evdə təhlükəsizlik məqsədilə kamera nəzarət sistemi mövcuddur. Evdə bütün kommunal sayğaclar (su, qaz, işıq, internet) mövcuddur və kanalizasiya sistemi var. İstilik sistemi kombidir (sanuzel istipoldur). Ev yüksək zövq və keyfiyyətlə təmir olunub. Yolu qapıya kimi asfaltdır. Avtobus dayanacağına 6-7 dəqiqəlik piyada məsafədə yerləşir. Evdə kondisioner, mətbəx mebeli, mətbəx masası və kamera sistemi qalacağ.