Abşeron / Masazır / Həyət evi - Villa
13.04.2026
Elan nömrəsi: 579314
bina.az Mülkiyyətçi
258.000 AZN 1.483 AZN/m2 Satılır
Təmirli
Bakı. Abşeron Masazır Masazır kəndi
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Nömrəni göstər
(055) *** ** **
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
13.04.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 579314
Haqqında məlumat
Obyektin növü Həyət evi / Villa, Bağ evi
Tikili tipi Villa
Sahə 174 m2
Torpaq sahəsi 6 sot
Otaq sayı 6 otaq
Sənəd Çıxarışlı
Kredit Kreditlə
Ev hər biri 3 sot olan (ölçüsü 15*20 metr olan) iki torpaqdan ibarət olan 6 sot torpaq sahəsində tikilmişdir. 2012 ci ildə tikintisi tamamlanmışdır. Torpaqların ayrı çıxarışları vardır və həmçinin də evin çıxarışı vardır. Torpağın ölçüsü digər bir evin tikilməsinə də imkan verir. Həyət Masazır 6 nömrəli məktəbin qarşısındakı küçədə yerləşir. Elana daxil edilmiş xəritə yerləşməsi dəqiqdir. Məktəbdən başqa yaxınlıqda Araz market və müxtəlif iaşə obyektləri var. Ev hündürlüyü 1,9 m olan zirzəmindən, normal 2 mərtəbə və sütunsuz 80 m2 mansardan ibarətdir. Evin çöldən ölçüsü 11*10 m dir. Həmçinin qaraj da evin daxilindədir. Birinci mərtəbədə zal və mətbəx və həmçinin sanitar qovşaq yerləşmişdir. İkinci mərtəbədə isə bir ümumi sanitar qovşaq və 5 müxtəlif ölçülü yataq otaqları yerlışmişdir. Zirzəmi ilə 1 ci mərtəbənin və Bir ilə ikinci mərtəbənin arası monolit betondur. Həmçinin evin 6 müxtəlif kənarlarında kalonlar qoyulmuşdur. İkinci mərtəbənin mansard ilə arası taxta atmalardır (20*5sm). Tikinti dövrünə aid şəkilləri də əlavə edirik elana. Tikinti işləri 2009 – 2012 ci illər ərzində həyata keçrilmişdir. Sonradan alınmış və bağ olaraq nəzərdə tutlmuş sahəyə müxtəlif illərdə İsmayılı və Lənkərandan münbit torpaq gətirilmişdir. Tikinti prosesində müxtəlif yüksək keyfiyyətli mal və materialllardan istifadə olunmuşdur. Yerli palıd parket, göyüş ağacından qapılar və pilləkən yüksək keyfiyyətli ağac məmulatlrı qoyulmuşdur. Həmçinin İtaliya istehsalı radiatorlar və isti pol boruları, Türkiyə istehsalı ECA kombilər, həmçinin Almaniya istehsalı (Groche) su qarışdırıcılar və sairə kimi yüksık keyfiyyətli məmulatlar istifadə olunmuşdur. Sanitar qovşaqlarda türkiyə istehsalı kafel metlax, türkiyə istehsalı duş kabinə və moydadırlar istifadə olunmuşdur. Ümumiyyətlə bu evin tikitisi bütün xərclərin qeydiyyatı aparılmışdır. Torpağın alınması da daxil olmaqla tikintiyə 200 min USD vəsait xərclənmişdir (müvafiq dövrün məzənnəsi ilə). Görünən odur ki, heç də uğurlu bir investisiya sayıla bilməz. Əvvəlində yaşamaq üçün nəzərdə tutulsa da, sonradan övladlarımın oxuduqları məktəblərə gedib gəlməyin çətinliyi buraya köçməyin qarşısında əsas əngəl oldu. Buranı yalnız yaşamaq istəyən və həmçinin böyük ailəsi olan, torpaq əkib becərmək arzulayan şəxslər almalıdır. Bu onların qoyduğu pulu artıqlaması ilə ödəyəcək. Amma Siz desəniz ki, buranın almağınızda məqsədiniz investisiyadır və yaxın gələcəkdə buradan ciddi gəlir gözləyirsiniz bunu yalan demiş olaram. Tək torpaq satılmır. Vasitəçilər mükafatlandırılır (2% maksimum). Çıxarış var (həm evin və həm də ayrı olan torpağın) və ipoteka almağa kömək etmək olar.
Zəng et
Bənzər elanlar