Həzi Aslanov metrosunun çıxışına yaxın, cəmi 500 metr məsafədə yerləşən yeni tikili binada 2 otaqlı mənzil satışa təqdim olunur. Şəhərin əlverişli və yaşayış üçün rahat ərazilərindən birində yerləşən bu mənzil həm gündəlik yaşam, həm də investisiya üçün ideal seçimdir.
Ümumi sahəsi 69 m² olan mənzil 20 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Mənzil tam təmirli və çox səliqəli vəziyyətdədir. Təmir zamanı keyfiyyətli materiallardan istifadə olunub, divarlarda bahalı italyan oboyları tətbiq edilib və ümumi interyer zövqlə qurulub. Mənzil orta blokda yerləşdiyi üçün həm istilik qorunması, həm də sakitlik baxımından üstün mövqedədir.
Ev demək olar ki, bütün əşyaları ilə birlikdə satılır (1-2 kiçik əşya xaric). Otaqlarda böyük və geniş şkaflar mövcuddur, bu da əlavə saxlama rahatlığı yaradır. Mənzilə daxil olan hər bir detal yaşayış üçün hazır vəziyyətdədir.
Qaz, işıq və su internet daimidir. Binada sərnişin və yük üçün 2 ədəd işlək lift mövcuddur və fasiləsiz xidmət göstərir.
Sənədləri tam qaydasındadır – çıxarış (kupça) mövcuddur və ipotekaya yararlıdır.