Zaqatala / Obyekt - Ofis
11.04.2026
Elan nömrəsi: 573442
tap.az Mülkiyyətçi
450.000 AZN Satılır
Zaqatala. Zaqatala r.
Aktiv paket ilə bu elan üçün AI analiz əldə edə bilərsiniz.
Mənbə elana keç
Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.04.2026
Baxışların sayı: 0 Elan nömrəsi: 573442
Haqqında məlumat
Obyektin növü Obyekt
Kredit Kreditsiz
???? Zaqatala rayonu, Aşağı Tala kəndi ???? 25 sot üstü örtülü qeyri-yaşayış obyekt ???? Park və istirahət mərkəzi üçün ideal məkandır Əvvəllər istehsalat sahəsi kimi fəaliyyət göstərmiş və şadlıq sarayı tikmək üçün layihəsi də hazırlanmışdır. Qeyri-yaşayış obyekt kimi qeydiyyata alınıb. Çıxarış sənədi (kupça) var. Yer üstünlüyü: - Zaqatala şəhər mərkəzindən cəmi 5 dəqiqəlik məsafədə yerləşir - Trass yoluna (əsas magistrala) 500 metr yaxınlıqda - Aşağı Tala kəndi – şəhər tipli müasir infrastruktur və mədəni mühitə malik bölgədir - Şəhərə biçik, inkişaf etmiş, sivil və abad kənd - Ətrafında yaşayış olan, kommunikasiya baxımından əlverişli zonadır Mövcud infrastruktur: - İstehsalat sexləri: çörəkbişirmə, şirniyyat, qənd, ət kəsim məntəqəsi və s. - Açıq və qapalı anbarlar - Sanitar qovşaqları (kişi və qadın üçün) - Soyunma otaqları - Mühafizə otağı - 30 tonluq hovuz - 70 m3 tullantı sular üçün (bir iri, iki xırda) şanbul tikilib. - 10 tonluq su çəni - Ofis (mebelləri ilə) - Namazgah otağı Ərazi iki hissədən ibarətdir. Həndəvərin 90 %-I sahibkara aiddir. Orta hissəsi ümumi ictimai sahə kimi bələdiyyə ərazisidir. 25 il əvvəl bələdiyyənin razılığı ilə 15 metr açıq hissəsi sahibkar tərəfindən görüntülü hasarla bağlanmış, darvaza qoyulmuş və onun nəzər dairəsinə verilmişdir. Sahibkar öz hesabına: 1) 700 metr güc xəttindən 76-lıq boruyla qaz xətti çəktirmişdir. Həmin xətdən əhalidə faydalana bilib. 50-yə yaxın ailə bu xəttə qoşulub; 2) 30 tonluq üstü açıq baseyn bərpa olunub, üstü örtülüb, naves tikilib, nasoslar quraşdırılıb istifadəyə verilib (Həm də həmin baseyn FHN-nin balansındadır); 3) Artezian və dağ suyu xətləri çəkilib; 4) Ərazi abadlaşdırılıb: (böyük miqdarda torpaq gətirilərək planirovka olunub) futbol, voleybol, basketbol meydançaları salınıb; 5) 100-dən artıq meşə idarəsindən ağaclar alınıb və əraziyə əkilib (cökə, qızılağac, qoz, gövrüc, katalba, şam ağacları və s.). 25 il ərzində ümumi sahə sahibkar tərəfindən qulluq olunub. Ağaclar sulanıb, qorunub, böyüdülüb, quruyanların əvəzinə yeniləri əkilib. Bu gün həmin ağaclar 20-25 metr hündürlüyə çatıb. 10 ilə yaxındır müəssisə sahibkar tərəfindən müəyyən səbəblərə görə dayandırıb. Ancaq bütöv sahə sahibkar tərəfindən tutduğu gözətçi tərəfindən qorunur. Sahibkarın obyekti satışa çıxarması və arzusu odur ki; Ərazidə Ulu Öndər Heydər Əliyev adına “İdman-sağlamlıq mərkəzi”ni yaratması. Əlavə olaraq cüdo, karate, güləş, şahmat, trenajor, milli rəqs və musiqi, müxtəlif dərnək və s.məşğulluqların uşaq və yeniyetmələrin inkişafı üçün müxtəlif seksiyaların yaradılması. “Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur. Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir.” Heydər Əliyev
Zəng et
Bənzər elanlar