Bu elan xarici mənbədən toplanıb. Əlaqə və tam detallar üçün original elana keçid edə bilərsiniz.
Elanın tarixi
11.04.2026
Baxışların sayı: 0Elan nömrəsi: 572409
Haqqında məlumat
Obyektin növüBina evi mənzil
Tikili tipiKöhnə tikili
MetroXalqlar Dostluğu
Sahə110 m2
Mərtəbə9 mərtəbə
Binanın mərtəbə sayı9 mərtəbə
Otaq sayı4 otaq
SənədÇıxarışlı
KreditKreditlə
Nizami rayonunda, Xalqlar Dostluğu metrosuna yaxın, Nazlı Saray şadlıq sarayının yanında yerləşən köhnə tikili binada 4 otaqlı geniş mənzil satılır. Mənzil 9 mərtəbəli eksperimental layihəli daş binanın 9-cu mərtəbəsində yerləşir və ümumi sahəsi 110 m²-dir. Qanuni 4 otaqlıdır, yelçəkən (skvaznoy) planlanmaya malikdir, bu da mənzilin daha işıqlı və havadar olmasını təmin edir. Mənzil təmirsizdir və bu səbəbdən yeni sahibi üçün öz zövqünə uyğun dizayn etmək imkanı yaradır. Lift daim işlək vəziyyətdədir. Qaz, su, işıq, telefon və internet fasiləsiz təmin olunur. İstilik sistemi mərkəzidir. Sənədlər tam qaydasındadır – çıxarış (kupça) mövcuddur və ipotekaya yararlıdır. Bina çox əlverişli infrastruktura malik ərazidə yerləşir. Yaxınlıqda məktəblər, uşaq bağçaları, 24 saat fəaliyyət göstərən supermarketlər, apteklər, xəstəxana və poliklinika mövcuddur. 8 km bazarına piyada təxminən 5 dəqiqəlik məsafədədir. Avtobus dayanacağına cəmi 2 dəqiqəlik məsafə var və bir neçə marşrut xətti fəaliyyət göstərir. Binanın geniş həyəti, maşın saxlamaq üçün böyük sahəsi və uşaqların rahat oynaması üçün geniş ərazisi mövcuddur. Həyətə giriş şlaqbaumladır. Mənzil həm yaşayış, həm də investisiya üçün əlverişli seçimdir, təcili satış olduğu üçün real alıcı ilə qiymətdə razılaşmaq mümkündür.KOD:6731 Əlaqə tel : 0 7 0 9 7 7 0 1 0 4 (Zəng və Whatsapp aktiv)